Pornokratiya – Fahişələrin hakimiyyəti

Standard

Bu sözə vurulmuşam. Mənası “Fahişələrin hakimiyyəti” deməkdir. Mən X əsrin tarixini oxuyanda (bu mənə hal-hazırda üzərində işlədiyim bir layihə üçün gərəklidir) əvvəllər utandığımdan üstündən keçdiyim bu möcüzəvi terminə ilişib qaldım.

Boris Akunin

Boris Akunin

Pornocrazia – xristian kilsəsi tarixində Müqəddəs Səltənətin ağlasığmaz rüşvət və iyrənc əxlaqsızlıqla xirtdəyə qədər çirkləndiyi dövrdür. Romadakı ruhani, kübar hakimiyyətin nüfuzu ləkələnmiş, din o qədər hörmətdən düşmüşdü ki, yenidən dirçəlməsi mümkünsüz kimi görünürdü.

Həmin dövrdə Əbədi Şəhəri öz kefinin kəsdiyi adamları papa təyin edən zadəgan ailəsi Teofilaktlar idarə edirdi. Bu biabırçı rejim süqut edənədək biri o birindən əclaf olan on iki pontifik (papa) kilsənin başına keçdi. Altmış il ərzində, dörd nəsil ardıcıllığı ilə Ailə açıqca kilsə vəzifələrini satmış, hər cür əxlaqsızlığa və rəzilliyə əl atmış, istənməyən adamları öldürmüşdür – bütün bunları isə hər kəsin qarşısında, heç kimdən utanmadan törətmişlər. Papa taxt-tacının ətrafında əvvəllər də az yaramazlıqlar olmurdu, lakin hələ heç vaxt hakimiyyət özünü belə hədsiz dərəcədə həyasız aparmamışdı.

O dövrün əsas siması gözəlçə Maroziya idi. O, Papa III Serqiyanın və VI Levin sevgilisi, X İyohannın qatili, XI İyohannın anası və XII İyohannın nənəsi idi. Papa çox idi, o isə tək.

Bu özünü saysız-hesabsız patrisi və senatrissi titulları ilə təltif edən qadın axırda öz oğlu tərəfindən devrilib zindana atıldı. Read the rest of this entry

Müharibədən İmtina: Kellogg-Briand Paktı

Standard

I Dünya Müharibəsi hər iki cəbhədə olan dövlətlər üçün çox ağır nəticələr doğurmuşdu. İlk zamanlarda amerikalılar coğrafi şəraiti nəzərə alaraq elə hesab edirdilər ki, onlar Avropada gedən bu müharibədən kənarda qala bilərlər, lakin zaman Amerika xalqının yanıldığını göstərdi və 1917-ci ildə İngiltərənin ABŞ-a göndərdiyi gizli bir məktub səbəbilə Birləşmiş Ştatlar müharibəyə qoşulmaq məcburiyyətində qaldı. Almaniya özünün ABŞ ilə bağlı olan məktubunu Meksikadakı səfirinə göndərmiş və bununla da Meksikaya vəd etmişdi ki, əgər Almaniyanın tərəfindən müharibəyə qoşularsa, o zaman qalib gələcəkləri təqdirdə Meksikanın tarixi torpaqları olmuş ABŞ-ın cənub-qərbini ona geri qaytaracaq. Arthur Zimmermann tərəfindən oxunan bu şifrəli məktub okeanın o tayında şok edici təsir yaratdı və bu xəbər qarşısında Birləşmiş Ştatlar, sözsüz ki, səssiz qala bilməzdi. Beləliklə Almaniyanın ABŞ-ın ticarət gəmilərini batırmasını bəhanə edərək prezident Woodrow Wilson Konqresə ölkənin təhlükəsizliyi naminə  müharibəyə qoşulmağın əhəmiyyətini deməsi ilə 6 Aprel 1917-ci ildə ABŞ Almaniyaya müharibə elan etdi.
Read the rest of this entry

Gözəl Nyu-York yaşlıları

Standard

Fotoqraf Brendon Stenton Nyu-Yorkun yaşlı insanlarının şəkillərini çəkir və altından onların sözlərini yazır. Onlar gözəl, şən və müdrikdirlər.

Ümumilikdə “Nyu York insanları” proyekti təkcə yaşlı insanlar haqda deyil. Stenton küçədə qarşısına çıxan hər kəsi çəkir və bununla dünyanın ən maraqlı şəhərlərindən birinin canlı fotoportretini yaradır. Lakin yaşanmış illərin müdrikliyinə və yumor hissinə malik yaşlılar tamamilə ayrı hekayədir. Hekayə təkcə Nyu York haqda deyil, bütünlüklə həyat haqdadır.
“Mənim adım Brendondur , “Nyu-York insanları” layihəsinə 2010-cu ilin yayında başlamışam. Layihənin ideyası mənim Nyu-York əhalisinin fotoşəkilli qeydə alınması fikrindən doğdu. Düşündüm ki, bu həqiqətən maraqlı olar – şəhər əhalisinin kataloqunu yaratmaq, buna görə də mən 10.000 nyu-yorklunun fotoşəkillərini çəkdim və xəritəyə yerləşdirdim. Məqsədimi davamlı ağlımda saxlamaqla bir neçə ay işlədim. Ancaq bu müddətdə layihə tamam başqa forma almağa başladı. Mən rastlaşdığım insanların etiraf və qısa hekayələrini yanında şəkilləri olmaqla toplamağa başladım. Birlikdə seçilmiş bu portret və şifahi eskizlər bir növ bloq olmağa başladı, hansının ki 2 il ərzində çoxlu izləyiciləri yarandı, Facebook və Tumblr’da orta hesabla 1 milyon  izləyici. Beləliklə, hal-hazırda bu Nyu-York insanlarının həyatlarından bəhs edən qlobal bir hekayədir.”

Bu fotonu çəkdikdən sonra o, yanağını mənə göstərdi. Mən yanağından öpdükdən sonra o soruşdu: “ Məgər sevgi möcüzə deyil?” “Bəli, elədir” deyə cavab verdim. Sonra isə o əyildi və dedi: “ Amma seks daha yaxşıdır. “

Read the rest of this entry

Bu çılğından çılğın dünya – Umberto Eko

Standard

Mən dəhşət içindəyəm, hələ də “Da Vinçi Kodu” nun oxucuları kilsə və muzeyləri gəzib, İsanın “həqiqi tarixi”iylə bağlı sübutlar axtarırlar. Görəsən onlar yenəmi Berluskoniyə səs verəcəklər ?

Umberto Eko

Umberto Eko

Ətrafda baş verənlər artıq heç kimin vecinə deyil. Gün boyu biz hər yanda komediyalara mövzu olacaq çoxlu hadisələrlə qarşılaşırıq, lakin insanlar artıq bütün bu baş verənləri adi şeymiş kimi qarşılayır. Misal gətirək : Buş İraqda müharibəyə başlamamışdan əvvəl Berluskoni onun yanına gedir (Berluskoninin özü tərəfindən etiraf edilmiş və bütün qəzetlərdə dərc edilmiş faktdır) və yeni bir müharibəyə ehtiyac olmadığını deyir. Bundan sonra Buş dəniz piyadalarını İraqa göndərir və Bağdada bombalar yağdırılır. Berluskoni Putini villasına dəvət edir, səmimiyyətlə onun əlindən tutur və deyir : “Bizi də yada sal”. Bundan sonra Putin İtalyaya təbii qaz nəqlini məhdudlaşdırır. Berluskoni Qəddafinin yanına gedir, qayıdır və elan edir ki, bizdə hər şey əla gedir (bunu deyərkən iki baş barmağını birləşdirirərək gülür), xırda-xuruş anlaşılmazlıqlar var idi, həll etdik – deyib bizi razı salmağa çalışır. Bundan sonra Qəddafi İtalyanı qırğına verməklə hədələyib bizə qəzəb püskürür. İndi isə o Amerika Konqresində çıxış etməyə gedərkən təsəvvür edirəm ki, ABŞ bizə ən azı Atom bombası hazırlayacaq. Bir sözlə məhşur deyimdəki kimi, biz onu qaş düzəltməyə göndəririk, o vurub göz çıxarır, sonra üstümüzə sarı qayıdır. Bir yandan da İtalya kimi biganə insanların yaşadığı ölkədə onun televiziyalarda hoqqabazlıq etməsi və hələ də insanların tən yarısı tərəfindən ciddi qəbul edilməsi normaldır. Read the rest of this entry

Meiji restovrasiyası: kapitalizmə keçidin və inkişafın başlanğıcı

Standard

Yaponiya hal-hazırda ən inkişaf etmiş və dünya iqtisadiyyatına istiqamət verən ölkələrdən biridir. Sual olunur, heç bir təbii sərvəti və ordusu olmayan ölkə buna necə nail olub? Bu suala 150 il əvvələ -dəyişikliyin mərkəzinə qayıdaraq cavab axtarmağa çalışacağıq.

Yaponiyanın Edo və ya Tokuqava dövrü 1603 və 1868-ci illəri əhatə edir. Bu dövrdə Yaponiya Tokuqava şoqunluğunun (şoqun-ordu generalı, şoqunluq-hərbi diktatura) idarəsi altında idi. Tokuqava şoqunluğu dövrü iqtisadi inkişaf, ciddi ictimai nizam-intizam, xaricdən təcrid siyasəti ilə yadda qalır. Şoqunluq rəsmi şəkildə 1603-cü ildə mart ayının 24-də Tokuqava tərəfindən Edoda yaradılıb. Read the rest of this entry

Müasir dünyanın kölələri – Bob Blek

Standard

Bob Blek müasir amerikan anarxist yazıçısıdır. O, “Əməyin ləğv olunması”, “Anarxizm və anarxiyaya başqa maneələr”, “Feminizm faşizm kimi” və s. məşhur esselərin müəllifidir.

Bob Blek

Onun “Əməyin ləğv olunması” essesi müasir cəmiyyətdə əməyin tənqidinə həsr olunub. Blek əməyi ləğv edib onu oyunlarla əvəz etməyi təklif edir. Blekin təklif etdiyi alternativ heç də işsizlik deyil, tamamilə başqa cür təşkil olunmuş əmək növüdür. O, sadəcə məcburi əməyi rədd edir, onun könüllü əməklə əvəz olunmasını təklif edir. O, oxucularını antropoloq Marşall Salinsin “ovçu-yığıcılar” cəmiyyəti təsvir olunmuş sənədli romanına uyğun olaraq gündə cəmi dörd saatlıq işlə hərtərəfli təmin olunan rahat həyat yaşamağın mümkün olduğuna inandırır. Blekə görə üzərimizdəki ədalətsiz vergilər və simasını dəyişdirmiş kapitalist-quldarlardan canımızı qurtara bilsəydik, gündə dörd saatlıq könüllü əməklə xoşbəxt insan cəmiyyəti qurmaq olardı.

Onun aşağıda verilmiş məhşur esselərindən biri elə müasir dünyanın kölələrindən bəhs edir: Read the rest of this entry

Abolisionist Hərəkatı: Quldarlığın ləğvi uğrunda mübarizə (2. hissə)

Standard

Abolisionist Hərəkatı: Quldarlığın ləğvi uğrunda mübarizə (1. hissə)
Frederick Douglass köləliyin utancının yalnız Cənuba yox, bütün ölkəyə aid olduğunu bilirdi və bütün ölkənin günahkar olduğunu insanlara bildirirdi. 1852-ci il 4 İyulda Müstəqillik Günü nitqində dediyi kimi:

Frederick Douglass

Frederick Douglass

“Dəyərli vətəndaşlarım, Sizdən üzr istəyirəm, amma bunu soruşmalıyam ki, nə üçün bu gün mən buraya nitq söyləmək üçün dəvət olunmuşam? Mən və ya mənim təmsil etdiyim insanların Müstəqillik Günü ilə nə kimi bir əlaqəsi ola bilər? İstiqlaliyyət Bəyannaməsinin elan etdiyi siyasi azadlığın və təbii ədalətin müddəaları bizi də mi əhatə edir? Yəni mən bu səbəblə- xalqımın təvəzökar əhdini milli səcdəgahımıza gətirmək, qazanclarımızı etiraf etmək və müstəqilliyin nəticəsi olaraq bizim də əldə etdiyimiz nemətlərin səbəbiylə sədaqətimizi və minnətdar olduğumuzu ifadə etmək üçünmü bura dəvət edildim?..
Sizin 4 İyulunuz bir Amerikalı kölə üçün nə ifadə edə bilər ki? Bu sualın cavabını sizlərə mən verim: 4 İyul günü kölələrin ilin digər bütün günlərində  məruz qaldıqları ədalətsizlikləri və zülmü daha güclü bir şəkildə xatırlatmaqdadır. Kölə üçün sizin qeyd etdiyiniz bu şey bir aldatmacadır, bu gün fəxr etdiyiniz azadlığınız və lənətə gəlmiş iqtidarınız, böyük bir millət olmağınız barədəsindəki qarabasmalarınız, şişib böyüyən təkəbbürünüz, bayram sevincinizin ətrafa yayılan səsi köləyə görə boş və rəhmsiz bir göstərişdir, zalımlara yönəltdiyiniz ittihamlar, ucuz, saxta parıltılı cürətiniz, azadlıq və bərabərlik nərələriniz içi boş bir hoqqabazlıq, dualarınız, ilahiləriniz, moizələriniz, şükranlıq günlərində yerinə yetirdiyiniz dini ayinlər və ciddiyyət kölə üçün sadəcə olaraq süni bir dil, saxtakarlıq, aldatmaca, inamsızlıq və riyadır. Bunlar hamısı şiddət və vəhşiliklə şərəfini itirmiş millətin günahların üstünə örtmək üçün istifadə etdiyi bir şal, bir örtüdür. Hal-hazırda dünyada Birləşmiş Ştatlar xalqının törətdiyi cinayətlərdən daha qorxunc, daha qanlı cinayətlər törədən heç bir millət yoxdur.
İstədiyiniz yerə gedin, istədiyiniz yerdə axtarın, Qədim Dünyanın bütün monarxiyaları və diktaturalarını gəzin, Cənubi Amerikanı gəzin, bütün sui-istifadələri, sömürgələri araşdırın, ən pisini tapdığınızda onu bu ölkədəki gündəlik həyat təcrübələri ilə müqayisə edin və mənə haqq verəcəksiniz ki, iyrənc barbarlıq və utanmazriyakarlıq barəsində Amerikaya rəqib bir ölkə yoxdur.” Read the rest of this entry

Televizorları söndürün – Noam Çomski

Standard

 Noam Çomski – Amerikan linqivisti, filosof, ictimai fəal, çoxlu kitabların və siyasi analizlərin müəllifidir. O, Massaçuset texnoloji instutunun əməkdar professoru və XX əsrin ən görkəmli elm adamlarından biridir. Onun dilçilik sahəsində fundamental əsərləri və siyasi sistemlərin analizinə həsr olunmuş tədqiqatları elmi çevrələrdə böyük səs-küy yaradıb. Çomski həm də müasir anarxizmin parlaq ideoloqlarından biri kimi tanınır. O, hər il ikiüzlü kapitalizmi və XXI əsrin bəlası olan qlobalizmin insanların beynini uyuşdurmasının fəlsəfəsini bizim üçün izah edən yeni kitablar və məqalələr yazır.

Noam Çomski

Noam Çomski

Kütləvi informasiya vasitələrinin köməyilə “Manipulyasiyanın 10 üsulu”

 1. Diqqəti yayındırmaq.

Cəmiyyəti idarə etməyin başlıca üsulu siyasi və iqtisadi idarəetməylə məşğul olanlar tərəfindən kütlənin diqqətini həlli vacib olan problemlərdən yayındırmaq üçün informasiya məkanını daim önəmsiz, lakin maraqlı məlumatlarla doldurmaqdır. Diqqəti yayındırmanın belə üsulu insanların iqtisadiyyat, psixologiya, neyrobiologiya və kibernetika elmləri sahəsində mühüm bilikləri qazanmağa mane olmaq üçündür.

“Vətəndaşların diqqətini daim əsl sosial problemlərdən yayındırmaq üçün onları gerçək önəmi olmayan mövzulara yönləndirmək, beləliklə onların ara vermədən nəyləsə məşğul olmasına və düşünməyə vaxt qalmamasına nail olmaq kapitalist idarəetmənin əsas simasıdır. Onlar bununla insanları bütün başqa heyvanlar kimi sahələrdən damlara qovulmaq prinsipi ilə yaşamağa sövq etmək istəyirlər (“Sakit müharibə üçün sakit silah” kitabından sitat)”. Read the rest of this entry

Abolisionist Hərəkatı: Quldarlığın ləğvi uğrunda mübarizə (1. hissə)

Standard

Abolisionist hərəkatı Amerikada zəncilərin quldarlıq boyunduruğu altından çıxaraq azad insan olmaq uğrunda aparmış olduqları bir “savaş”dır. ABŞ -ın cənub ştatlarında zənci kölə əməyindən kənd təsərrüfatında geniş şəkildə istifadə olunurdu. İlk dəfə Qərbi Afrikadan zənciləri holland tacirləri “Yeni Dünya”ya gətirmiş və yalnız bundan sonra inglislər də zənciləri öz doğma vətənlərindən məcburən Amerikaya gətirmiş, onları kölə etmişdi. Lakin maraqlı cəhət budur ki, zənciləri ilk dəfə gətirərkən onların hamısını məcburən xaç suyuna salmışlar və buna görə də “xristian heç vaxt kölə ola bilməz” düşüncəsi ilə onları azad buraxmışlar, həmçinin bir müddət yeni gələn zəncilərdən hansıları özü könüllü şəkildə xristianlığı qəbul edirdisə onları azad edirdilər, leyk  sonradan bu amerikalıların mənafeyinə uyğun gəlmədiyi üçün onlar yeni gələn hər bir zəncini məcburən xaç suyuna salıb xristianlaşdırsalar da, onları azad etmir və kölə kimi istifadə edir, onları bir mal, bir əşya kimi alıb-satırdılar. Zəncilər, onların Amerikadakı yaşamları və tarixləri barədə saysız-hesabsız ədəbiyyat, tarixi romanlar vardır, yəni bu çox uzun və geniş bir mövzudur, lakin burada sizə çox qısa bir məlumat verəcəyəm. Ədəbiyyatlarda, əsasən, Cənub və Şimal terminlərindən geniş istifadə olunur ki, Cənub quldarlıq tərafdarı olan ABŞ-ın cənub plantator ştatları, Şimal isə quldarlıq əleyhdarı olan sənaye ştatlarıdır. Read the rest of this entry

Hansı daha yaxşıdır: Psixologiya, yoxsa Psixiatriya ?

Standard

Psixoloq və psixiatr arasındakı fərq nədir?

Çox mənasız səslənə bilər, amma bu əslində gözəl sualdır və çoxları tam cavabı bilmir.
Bu naxırçı və çoban arasındakı fərq kimi kimin nə üçün çalışdığını bilmək qədər sadə deyil. Hər iki mütəxəssis insanlarda növünə və dərəcəsinə görə dəyişən şizofreniyadan ən xırda xəstəliklərə qədər müxtəlif narahatlıqları müalicə edir. Hər ikisi psixoterapiya ilə məşğul ola, tədqiqat apara bilər.

Qısa cavab isə budur ki, psixiatr həkimdir, psixoloq isə deyil. Burada “-iatr” şəkilçisi “tibbi müalicə”, “‘-loq” şəkilçisi isə “elm”
və ya “nəzəriyyə” deməkdir. Beləliklə, psixiatriya ağlın tibbi müalicəsi, psixologiya isə ağlın elmidir.

Read the rest of this entry